27 C
Baku
Saturday, July 20, 2024

SWIFT təşkilatının nümayəndə heyəti Mərkəzi Bankda olub

Ölkəmizdə səfərdə olan SWIFT təşkilatının nümayəndə heyəti Mərkəzi Bankda olub, ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarının və müvafiq maliyyə qurumlarının aidiyyəti nümayəndələrindən ibarət SWIFT İstifadəçilər Qrupu ilə birgə görüş keçirilib.

Bu barədə banker.az-a Azərbaycan Mərkəzi Bankınan bildirilir.

Görüş zamanı ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, ISO20022 beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri, SWIFT təşkilatı tərəfindən reallaşdırılan hazırki və gələcək fəaliyyət proqramları, o cümlədən SWIFT-in komplayens həllərinin əsas xüsusiyyətləri, müştəri təhlükəsizliyi proqramının məqsəd və prinsipləri müzakirə olunmuşdur.

Görüşdə SWIFT təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində ölkədə innovativ ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin etibarlı, davamlı və təhlükəsiz ödəniş həllərinin təqdim edilməsi istiqamətində praktiki diskusiyalar aparılmışdır.

Qeyd edək ki, ölkədə rəqabətli, innovativ və əlçatan maliyyə xidmətlərinin formalaşdırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin daim inkişaf etdirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin effektiv icrası diqqət mərkəzində saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər