13 C
Baku
Tuesday, October 22, 2024

SWIFT xidmətləri daha ucuz olacaq

SWIFT 2015-ci ilin sonuna doğru məlumat mübadiləsi xidmətlərinin qiymətini 57%-ə endirəcək. Əvvəl isə bu endirimin 50% olacağı planlaşdırılırdı.

SWIFT sədrinin bildirdiyinə görə, “təşkilat 2014-cü ilin sonunda qiymət endirilməsi ilə bağlı öhdəliyini yerinə yetirdi və proqramın müddətini uzatdı. Şirkətlər məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş komissiya haqlarını nəzərdə tutulduğundan daha çox endirə bilmişdilər. Növbəti 5 ildə həyata keçiriləcək endirimləri səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, SWIFT 1996-cı ildən başlayaraq qiymətləri endirməyə başlamışdı. İlk olaraq məlumatların mübadiləsi qiymətləri 30% endirilmişdi. 2001-ci ildən başlayaraq isə qiymətlərin enməsi daha intensiv hal almağa başlamışdı.

Növbəti 5 il üçün nəzərdə tutulmuş SWIFT2020 inkişaf strategiyası təhlükəsizlik, etibarlılıq və məlumatların mübadiləsi platformasını genişləndirməyi özündə əks etdirir.

Son xəbərlər
Digər xəbərlər