İsveçrənin “Swiss International Air Lines” aviaşirkəti fevralın 21-dən Ukraynaya uçuşları dayandıracaq.
APA-nın Swissinfo.ch saytına istinadla xəbərinə görə, şirkət bu addımı uçuş heyəti və sərnişinlərin təhlükəsizliyi üçün atdığını bildirib.
Bununla belə, Konfederasiyaya qayıtmaq istəyənlər çox olduğu üçün bazar gününə nəzərdə tutulmuş Kiyev-Cenevrə reysi plan üzrə həyata keçiriləcək.
Qeyd edək ki, “Lufthansa” qrupuna daxil olan digər aviadaşıyıcılar – “Austrian Airlines”, “Eurowings”, “Brussels Airlines” və “Lufthansa” da bazar ertəsindən etibarən Ukraynaya uçuşları dayandıracaq.