10 C
Baku
Tuesday, November 26, 2024

“Synergy Group”a Baş mühasib və Direktorun Köməkçisi tələb olunur – VAKANSİYA

Vəzifə 1: Baş Mühasib

İş yeri: Bakı şəhəri

Əsas vəzifə öhdəlikləri:

• AR qanunvericiliyinin tələblərinə əsasən mühasibat və vergi uçotunun aparılması;
• Dövlət orqanlarına hesabatların (vergi, DSMF və statistika) hazırlanması
• Aylıq idarə etmə hesabatı

Namizədə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (əmlak və sosial yönümlü sahələr arzuolunandır);
• 1C 7.7 proqramı ilə sərbəst işləmək bacarığı;
• Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Baş Mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


Vəzifə 2: Baş direktorun köməkçisi

Əsas vəzifə öhdəlikləri:

• Baş  direktora qarşıdakı öhdəliklər və vəzifələr haqqında məlumat vermək, onların icrasını müvafiq qaydada nəzarətdə saxlamaq məqsədilə, Baş direktor ilə yaxından və  səmərəli şəkildə çalışmaq;
• Müntəzəm qaydada instruktiv toplantılar təşkil etməklə,  Baş direktorun vaxtının səmərəli bölüşdürülməsini təmin etmək, prioritetlər üzrə qərarları yüksək səviyyədə icra etməklə, gündəlik öhdəlikləri və həm daxili, həm də xarici əlaqələr üzrə əsas prioritetləri nəzərdən keçirmək və yeniləmək;
• Rəhbər personalın etibarı, etimadı və dəstəyini saxlamaqla, Baş direktor və daxili departamentlər arasında rahat kommunikasiyanı təmin etmək,
• Baş direktor  və “Synergy Property” MMC-yə daxil olan şirkətlərin rəhbərləri arasında əlaqələndirici şəxs rolunda çıxış etmək;
• “Synergy Property” MMC-nin fəaliyyəti, layihələri və s. haqqında məlumatlı olmaq;
• Baş direktor üçün səfərləri, görüşləri və tədbirləri tələb olunduğu qaydada təşkil etmək;
• Hər hansı bir məsələ ilə əlaqədar araşdırmalar aparmaq və nəticələri təqdim etmək;
• Elektron məktubları aktiv qaydada idarə etmək, təcili məktubların seçilərək müvafiq qaydada cavablandırılmasını təşkil etmək;
• Yüksək səviyyəli inzibati xidmət göstərilməsi və daxili və xarici sənədlərin hazırlanmasına müvafiq rəhbərliyi təmin etmək;
• Katiblik öhdəlikləri: sənədlərin kompüterdə yığılması, hazırlanması, saxlanılması. Tələb olunduğu hallarda sənədlərin müvafiq yüksək standarta cavab verməsi məqsədilə, lazımi dəstəyin göstərilməsi, o cümlədən, sənədin  korrekturası, orfoqrafiya, qrammatik və üslub baxımından yoxlanılması, düzəlişlər edilməsi və təqdimat.

Namizədə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (əmlak və sosial yönümlü sahələr arzuolunandır);
• Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Baş direktorun köməkçisi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Son xəbərlər
Digər xəbərlər