10 C
Baku
Wednesday, December 11, 2024

“Synergy Group”da yeni təyinat olub

Rəşad Babayev “Synergy Group” MMC-də İcraçı direktorun birinci müavini vəzifəsinə təyinat alıb.

Banker.az-a daxil olan məlumata görə, 2018-ci ilin fevral ayında bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, o, 2015-ci ilin dekabr ayında “Synergy Group” MMC-nin Daxili Audit və Maliyyə Departamentinin direktoru vəzifəsinə qəbul edilmiş və 2016-cı ilin yanvar ayından İcraçı direktorun müavini vəzifəsində çalışırdı.Rashad Babayev

Xatırladaq ki, 2010-cu ildə təsis edilmiş Synergy Group MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. Şirkət istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionlarında yatırımlar edir.

Son xəbərlər
Digər xəbərlər