22 C
Baku
Friday, April 19, 2024

Təbiətdən götürülmüş 7 texnologiya

Təbiəti müşahidə edən insan, yeni texnologiyalar yaratmaq və ya mövcud olanları optimallaşdırmaq üçün ondan çox şey götürdü.

Alimlər təbiətdən ilhamlanaraq, aşağıdakı texnologiyaları yaratmışlar.

7. Arılar və enerjinin paylanması1 2

Arılar instinkt olaraq nə etməli olduqlarını çox yaxşı bilirlər.

ABŞ-da Regen Energy enerji daşıyıcılarının effektivliyini artırmaq məqsədilə “arı dəstəsinin məntiqi” dən istifadə etdilər.

Yükü istiqamətləndirən mərkəzi bir sistemdən istifadə etmək əvəzinə, şirkət simsiz sistem üzərində bir-biri ilə ünsiyyət quran və enerji tələb olunan yerləri müəyyənləşdirən yerli idarəetmə sistemlərini yerləşdirir.

6. Yapışqan

2 3Bu ideya isveçrəli mühəndisə (George de Mestral) məxsusdur, patent 1955-ci ildə alınmışdır.

George de Mestral gəzinti zamanı itinin bədəninə yapışmış tikanlı gülləri çıxarmaqdan bezmişdir. Günlərin bir günü, o, bu güllərə mikroskop altında baxaraq kiçikölçülü tikanlar gördü. Məhz bu tikanlar gülün itin bədəninə yapışmasına səbəb olurdu.

Beləliklə, mühəndisin ağlına yeni ideya gəldi: yapışqan yaratmaq. Mestral bu ideyanın realizəsinə illər sərf edərək başa düşdü ki, yapışqanların hazırlanması üçün ən əlverişli material neylondur.

1955-ci ildə George de Mestral öz ixtirasını patentləşdirə bildi. İlkin dövrdə bu yapışqanlardan daha çox kosmonavtlar və akvalanqistlər istifadə edirdi.

Tədricən bu yapışqanlar geyim və ayaqqabıların adi elementlərindən birinə çevrildi.

5. Kərtənkələ dərisi

3 3Sizcə nəyə görə kərtənkələlər ağacın üstündə bütün qravitasiya qanunlarına zidd olaraq asanlıqla hərəkət edə bilir? Bunun sirri kərtənkələnin ayaqlarının altındakı kiçik tüklərdədir. Nəticədə, kərtənkələ vəziyyətindən asılı olmayaraq, oturduğu yerdən heç vaxt düşmür.

Son illərdə mühəndislər kərtənkələnin texnologiyasına diqqət etməyə başladılar.

Onlar müxtəlif məqsədlə milyardlarla tükcük istehsal edirlər.  

4. Balinanın üzgəci və hava turbini

4 3Bioloq Frank Fish, suvenirlər mağazasında balinanın kiçik fiqurunu gördü. Balinanın üzgəcləri hamar deyildi və Frank elə düşündü ki, bu rəssamın səhvidir.

Əslində isə fiqur tamamilə düz hazırlanmışdır.

Balinanın üzgəcinin hamar olmaması, ona daha tez üzməyə kömək edir.

Bu effekti öyrənəndən sonra Frank Fish, bu texnologiyadan hava turbinlərində istifadə etdi və effektivliyin artırılmasına nail oldu.

3. Köpək balığının dərisi

Köpək balığının dərisi üzərində olan mikro ölçülü hissəcikləri tədqiq etmiş NASA alimləri, gəmilər üçün üzlük hazırladılar. Bu üzlük gəminin saxlama sürətini azaltmağa imkan verir.

Stars and Stripes gəmisi bu texnologiya hesabına 1987-ci ildə kubok uğrunda yarışmada qalib gələ bilmişdir.

Üzlük o qədər effektiv oldu ki, yarış ədalətsiz sayıldı, texnologiyanın özü isə qadağan olundu.

2. Suquzğunu və sürət qatarı

Sürət qatarını qatarını xatırlayın, onlar tuneldən keçən zaman çox möhkəm səs eşidilir. Bu səs hava təzyiqi ilə bağlı olaraq yaranır.

1990-cı illərdə yapon mühəndis Eiji Nakatsu, suquzğunu quşunun suya tullanan zaman su damcılarının demək olar ki, sıçramamasını müşahidə etdi.

Eiji suquzğunu quşunun dimdiyini çox bəyənirdi. Belə ki, bu dimdik quşa asanlıqla bir mühitdən digər mühitə keçməyə kömək edirdi.

Sürət qatarının dizaynı məhz bu quşun dimdiyinə bənzəyir.

Bu, səs-küyün azaldılmasına və enerjiyə qənaət etməyə imkan verir.

1. Qarışqalar və memarlıq

Afrikadakı qarışqalar öz yaşayış yerlərini elə qururlar ki, evin daxilindəki temperatur hər zaman eyni olur.

Qeyd etmək lazımdır ki, onlar temperaturun tez-tez dəyişdiyi bir ərazidə yaşayırlar.

Qarışqalar öz evini elə qururlar ki, orada həmişə passiv sərinləmə sistemi olur.

Arxitektor Mike Pierce analoji texnologiyadan Eastgate ofis kompleksinin inşasında istifadə etmişdir.

İsti hava trubalar vasitəsilə binanın yuxarı hissəsindən xaric edilir, sərin hava isə aşağıdan keçir.

Son xəbərlər
Digər xəbərlər