3 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

TƏBİB sədri: “Biz kafe və restoranları uzun müddət bağlı saxlaya bilmərik”

“Biz kafe və restoranları uzun müddət bağlı saxlaya bilmərik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, sərt karantin rejimində tibb müəssisələri səfərbər edilib, təchizat təmin olunub: “Bundan sonra yumşaldılma və əvvəlcədən planlaşdırılmış tədbirlərin həyata keçirilməsi mərhələsindəyik. Bütün mərhələlər üçün qaydalar hazırlanıb. Əgər biz qaydalara əməl etsək, nə rayonlarda kafe və restoranlarda, nə Bakıda metroda, nə də digər müəssisələrdə yoluxma olar. Kafe və restoranların açılması ilə bağlı layihələr var”.

Son xəbərlər
Oxşar xəbərlər