17 C
Baku
Tuesday, October 15, 2024

“Təbii qaza ödəyəcəyiniz pulla gedin Türkiyədə istirahət edin” – Alman təqaüdçülərə müraciət

Alman Səyahət Agentlikləri Assosiasiyasının (VUSR) prezidenti Marija Linnhoff alman təqaüdçülərə “Soyuq havada təbii qaza ödəyəcəyiniz pulla gedin Türkiyədə istirahət edin” deyə təklif edib. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu ifadəyə cavab olaraq  alman təqaüdçülərə “Buyurun gəlin, hamınızın başımız üstdə yeriniz var” deyib.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir bunu Almaniyanın Bingen şəhərində keçirilən “Back to Travel 2022” sərgisində turizm sektorunun nümayəndələri ilə keçirdiyi görüşlərdən sonra verdiyi açıqlamasında bildirib.

Almaniyanın Türkiyə turizmi üçün ikinci ən böyük bazar olduğunu və buna görə də alman turistlərə böyük əhəmiyyət verdiklərini bildirən nazir Ərsoy bu il Almaniyadan 5 mln. turist cəlb etməyi hədəflədiklərini bildirib. Nazir Ərsoya VUSR prezidenti Linnhoffun alman təqaüdçülərə “Soyuq havada təbii qaza ödəyəcəyiniz pulla gedin Türkiyədə istirahət edin” müraciəti xatırladılıb. Ərsoy “Buyurun gəlin, hamınızın başımız üstdə yeri var” deyə cavab verib.

 

Son xəbərlər
Digər xəbərlər