Təcrübə əyrisinin effekti və təlim prosesi

Müəllif: Hans Yurgen Varneke (Hans-Jurgen Warnecke), Ştutqart Universitetinin sənaye istehsalı professoru, Fraunxofer sənaye texnikası və avtomatlaşdırılması institutunun direktoru, Fraunxofer cəmiyyətinin prezidenti.

Material almancadan qısaldılmış və uyğunlaşdırılmış tərcümədə dərc olunur. 

Təcrübə əyrisi təlim prosesi ilə bağlıdır. Empirik tədqiqatlar nəticəsində təsdiq edilmişdir ki, təkrarlanan tapşırıqların çoxdəfəli yerinə yetirilməsi zamanı xərclər azalır, belə ki, işçilər bu tapşırıqların icra edilmə vərdişlərini əldə edirlər. Təlim prosesinin effekti ilk dəfə ABŞ aviaquruculuq sənayesində müşahidə olunmuşdur.

Sistematik müşahidələr nəticəsində müəyyən edilmişdir ki, məhsul buraxılışının həcmləri hər dəfə ikiqat artanda məhsul vahidinə düşən yenidən yaradılmış dəyərə aid olan və qiymət təsirindən azad olan xərclər 20-30% azalır. Buraxılış həcminin ikiqat artımı və bununla da xərclərin potensial azalması məhsul üçün artım əyrisi dik olduqca daha cəld baş verir.

Beləliklə, təcrübə əyrisi yenidən yaradılmış dəyərlə bağlıdır. Yenidən yaradılmış dəyər nə qədər yüksəkdirsə, istehsalın rasionallaşması da bir o qədər yüksəkdir.

Yenidən yaradılmış dəyər istehsal olunmuş məhsulun dəyəri ilə material xərclər (istehsal prosesində istifadə olunan məhsul və xidmətlər) arasındakı fərqə bərabərdir.

məhsulun dəyəri – material xərclər = yenidən yaradılmış dəyər

ümumi istehsal nəticəsi + digər xərclər = məhsulun dəyəri

əsas və köməkçi xam materiallar + amortizasiya + digər xərclər = material xərclər

Müxtəlif müəssisələrdə yenidən yaradılmış dəyər müxtəlif cür alınır. Ticari firmalarda o, sənaye və xidmət sahəsi müəssisələrinə nisbətən daha azdır.

Cədvəl 1. Yenidən yaradılmış dəyərin ölçüsü
Ticarət müəssisəsi 100 vahid məhsul sataraq, ondan 70-80 vahid alır.100 vahidə bərabər olan dövriyyəni təmin etmək üçün sənaye müəssisəsi 50-60 vahidlik istehsal predmeti və vasitələri istifadə edir. Xidmət göstərən müəssisədə, məsələn, məsləhət firmasında 100 vahidlik dövriyyənin alınması üçün yalnız 20-30 vahidlik kənar xərclər tələb olunur.

Beləliklə, təcrübə əyrisi yenidən yaradılan dəyərə aid olan və qiymətlərin təsirindən azad olan buraxılışın kumulyativ həcminin ikiqat artması zamanı məhsul vahidinə düşən xərclər 20-30% azalır. Xidmət sahəsi müəssisələrində yenidən yaradılan dəyər sənaye və ticarət müəssisələrinə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir.

Təcrübə əyrisinin effektivlik göstəricilərinə təsir edən amillər

Təcrübə əyrisinin effektivlik göstəricilərinə müxtəlif amillər təsir edir. Çox zaman bu, müəssisənin məsrəflərinin azaldılmasına aparan müxtəlif amillərin kombinasiyasıdır. Təcrübədə çox zaman təcrübə əyrisi effektivliyini tərkib hissələrinə ayırmaq mümkün olmur. Şübhəsiz olan bircə odur ki, nəticə müəssisənin məsrəflərinin azalması olacaq.

Təcrübə əyrisinin effektivlik göstəricilərinə aşağıdakı amillər təsir edir:

– işçilərin fərdi və qrup halında təlimləri;
– təşkilati strukturun və proseslərin təşkilinin təkmilləşdirilməsi;
– informasiya-idarəetmə sisteminin tətbiqi;
– effektiv planlaşdırma sisteminin yaradılması;
– effektiv nəzarətin həyata keçirilməsi;
– məqsədyönlü nizamlayıcı tədbirlərin keçirilməsi;
– əməyin təşkili metodlarının təkmilləşdirilməsi;
– istehsal proseslərinin koordinasiyasının təkmilləşdirilməsi;
– effektiv xidmət sistemi və avadanlıq təmirinin tətbiqi;
– anbar təsərrüfatının effektivliyinin artırılması;
– məhsulun mükəmməlləşdirilməsi;
– iş yerlərində sistematik təlim və tapşırıqların təkrarlanması yolu ilə işçi heyətin məhsuldarlığının artırılması;
– materialların qənaətcil istifadəsi;
– tullantıların həcminin azaldılması;
– işə nəzarətin təkmilləşdirilməsi;
– əlavə iş saatlarının sayının azaldılması;
– yeni istehsal proseslərinin tətbiqi;
– enerji istifadəsinin azaldılması;
– istehsal proseslərinin mükəmməlləşdirilməsi;
– sənaye istehsalının müasir metodlarının intensiv öyrənilməsi;
– yeni istehsal texnologiyalarının istifadəsi;
– məhsulların konstruksiyasının məqsədyönlü mükəmməlləşdirilməsi;
– məhsullarda bahalı detalların ixtisarı;
– FDA nəticəsində ayrı-ayrı detalların ixtisarı;
– məhsulların standartlaşdırılması;
– məhsullarda dəyişiklik sayının azaldılması;
– istehsal və satışda təkrarlanan proseslərin sayının artırılması;
– partiya həcmlərinin optimallaşdırılması;
– iş yerinin alət və cihazlarla daha yaxşı təchiz olunması;
– avadanlığının yüklənməsinin optimallaşdırılması;
– avadanlığın yerləşdirilməsinin optimallaşdırılması.

Təcrübə əyrisinin effekti nə zaman təsir edir?

Təcrübə əyrisinin effekti avtomatik təsir göstərmir. Müəssisənin rəhbərliyi daima məhsul artımı ilə yanaşı fasiləsiz olaraq bütün şöbələrdə xərclərin azalmasına gətirib çıxaracaq cari təkmilləşdirmələr aparmaq üzərində işləməlidir. Bu yolla təcrübə əyrisinin effekti məhsul vahidinə düşən xərclərin 20-30% azaldılmasında realizə olunur, o şərtlə ki, işçi heyətin ixtisaslaşması artsın və müəssisədə fasiləsiz olaraq yeni konsepsiyalar və istehsal metodları tətbiq olunsun.

Söhbət əsasən rəhbərliyin müəssisədə kəmiyyətcə və keyfiyyətcə təlim prosesini fasiləsiz stimullaşdırmalı olduğundan gedir. Buraxılış həcmi artdıqda istehsalın rasionallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə də başlamaq olar.

Təcrübə əyrisinin effekti daimi və dəyişkən xərclərə aiddir.

Artan istehsal gücləri rasionallaşdırma üzrə tədbirlərin keçirilməsini tələb edir. Xüsusən də həyat dövriyyəsinin yüksəliş mərhələsində müəssisəyə böyük istehsal gücləri lazımdır ki, bu da istehsal, anbar təsərrüfatı və satış sahələrində dəyişikliklərə gətirib çıxaracaq.

Müəssisələrin çoxunda dəyişkən və daimi xərclərin azaldılmasının mühüm ehtiyatları mövcuddur. Bu ehtiyatları xərclərin savadlı idarəedilməsi çərçivəsində həyata keçirmək mümkündür ki, bu da müəssisənin rəqabət qabiliyyətinin nəinki saxlanılmasına, həm də artmasına səbəb olur.

Təcrübə əyrisinin effekti müəssisənin kommersiya və texniki sahələrində özünü daha parlaq göstərir.

Buraxılış həcminin artması zamanı müəssisənin kommersiya sahəsində rasionallaşdırılma uğuru bu yollarla əldə olunur:

– satış sisteminin mükəmməlləşdirilməsi;
– marketinq tədbirlərinin təsirinin artırılması;
– təşkilati strukturun təkmilləşdirilməsi;
– materialların daha qənaətlə istifadəsi;
– enerjidən daha yaxşı istifadə;
– daha keyfiyyətli xidmət və avadanlıq təmiri,
– əməyin təşkilinin mükəmməlləşdirilməsi;
– material alışının daha yaxşı üsulları;
– informasiya sisteminin effektivliyinin artırılması;
– məhsulların mükəmməlləşdirilməsi;
– daha dəqiq planlaşdırma, cəld nəzarət vəeffektiv nizamlama.

Əgər müəssisənin avadanlığı yüksək texniki səviyyəyə malikdirsə,dəyişən və daimi xərcləri bu yollarla azaltmaq olar:

– avadanlığın məhsuldarlığının artırılması;
– istehsal metodlarının təkmilləşdirilməsi;
– mövcud avadanlığın yüklənməsinin artırılması;
– müəssisənin müxtəlif şöbələrində əmək məhsuldarlığının artırılması;
– mövcud avadanlıqdan istifadənin təkmilləşdirilməsi;
– texnoloji proseslərin dəyişdirilməsi;
– məhsulların cari mükəmməlləşdirilməsi,
– istehsal proseslərinin mexanikləşdirilməsinin və avtomatlaşdırılmasının sürətləndirilməsi;
– tullantı və zay məhsul həcmlərinin ixtisarı;
– istehsal proseslərinin standartlaşdırılması.

Müəssisələrin çoxunda dəyişkən və daimi xərclərin azaldılmasının mühüm ehtiyatları mövcuddur. Bu ehtiyatları xərclərin savadlı idarəedilməsi çərçivəsində həyata keçirmək mümkündür ki, bu da müəssisənin rəqabət qabiliyyətinin nəinki saxlanılmasına, həm də artmasına səbəb olur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.