Azərbaycanın yeganə regional bankı “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasındakı istefalardan sonra yeni təyinatlar məlum olub.
Banker.az-ın ilkin olaraq əldə etdiyi məlumata görə, bank sahəsində təcrübəyə malik Binnət Novruzov bankın Müşahidə Şurasına sədrlik edəcək. Bununla bağlı səhmdarlar qərar qəbul edib.
Buna qədər Müşahidə Şurasınının sədri Əsədulla İsgəndərov Fikrət oğlu idi. O bu vəzifəsindən azad edilərək Müşahidə Şurasının üzvü seçilib. Bununla bağlı ətraflı səhərki yazımızdan məlumat vermişik.
Binnət Novruzov indiyə qədər “Unibank” ASC, “Socar Overseas” MMC və “Rabitəbank” AS-də çalışıb.
Onun karyerasının mühüm hissəsi “Rabitəbank” ASC-ilə bağlıdır. O, 16 il idi ki, bu bankda yüksək vəzifələrdə çalışırdı. 2016-cı ilin aprelindən Binnət Novruzov bankın baş direktorudur.
Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.