32 C
Baku
Tuesday, July 23, 2024

Təcrübəli bankir Unibank-ı tərk edib – Yeni iş yeri də məlum oldu

“Unibank KB” ASC-nin baş hüquq və komplayens inzibatçısı dövlət şirkətinə transfer olub.

Banker.az xəbər verir ki, Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC-nin hüquq direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2023-cü ilin iyulundan start verib.

“Bunun mənim peşəkar fəaliyyətimdə yeni nailiyyətlərə və inkişafa doğru növbəti uğurlu yolun başlanğıcı olacağına əminəm”- deyə, o bağlantıları ilə bölüşərkən bildirib.

Qeyd edək ki, Ə.Baxışov 2021-ci ilin martından 2023-cü ilin iyuluna qədər “Unibank”ın baş hüquq və komplayens inzibatçısı kimi çalışırdı.

Bununla belə, Ədliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Accessbank” QSC-də müvafiq olaraq şöbə və departament rəhbəri vəzifələrində çalışıb.

Əfqan Baxışov Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, Mançester Universitetində hüquq üzrə magistr dərəcəsi və Azərbaycan Milli Elmlər Akademiyasının hüquq üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib.

 

Son xəbərlər
Digər xəbərlər