18 C
Baku
Tuesday, May 28, 2024

Tədiyyə balansının ümumi qalığı 47% artıb

2019-cu ildə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 5 142,9 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən, bu, 2018-ci illə müqayisədə 46,6% çoxdur.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 4 364,9 milyon dollarlıq qalıq (illik müqayisədə 27,9% az), kapital hesabındakı 18,6 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), maliyyə hesabındakı 134,8 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), balanslaşdırıcı maddələr üzrə 661,8 milyon dollarlıq qalıq (2,4% çox) hesabına formalaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər