Tədqiqat: Coca-Cola və digər ABŞ-ın şirkətləri uzun illərdir ki Çinin ərzaq siyasətinə müdaxilə edirlər

0

Uzun illərdir ki, əsasən ABŞ-ı təmsil edən böyük iri transmilli şirkətlər, Çində “fəal həyat tərzi” ni təşviq edirlər. Lakin, ÇXR əhalisinin artıq çəkisinə səbəb olan fast-food mövzusu barədə susurlar. Fast-food məhsullarının ən iri istehsalçılarından biri ABŞ olduğu hər kəsə məlumdur.

Bu, Harvard Universitetində antropologiya professoru olan Susan Greenhalgh tərəfindən edilən bir araşdırmada danışılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az xəbər verir ki, tədqiqat 9 yanvar tarixində The BMJJournal of Public Health Policy jurnallarında dərc edilmişdir.

Tədqiqatda qeyd olunur ki, Coca-Cola korporasiyası, eləcə də bir sıra digər Amerika şirkətləri, xüsusilə Pepsi, McDonald’s və Yum Brands, uzun illər ərzində qeyri-kommersiya təşkilatı olan Beynəlxalq Həyat Elmləri İnstitutunun (ILSI) fəaliyyətini maliyyələşdirmək üçün əhəmiyyətli vəsait ayırırlar.

ILSI nümayəndələri Coca-Cola şirkətinə Çində təşkilati, maliyyə və şəxsi əlaqələrin kompleks şəbəkəsini yaratmasına kömək etmişdir, o cümlədən “sağlam həyat” mövzusunda müxtəlif konfransların keçirilməsi da bura daxildir.

Beynəlxalq Həyat Elmləri İnstitutu və Coca-Cola şirkəti, Çin əhalisi arasında fast-food təhlükəsi barədə məlumatların yayılmasına yönəldilmiş hər bir təşəbbüsün qarşısını almaq və yavaşlatmaq üçün müxtəlif səylər göstəriblər.

Tədqiqatda qeyd edilir ki, 1991-ci ildə Çində böyüklər əhalisinin 20% -dən çoxu artıq kiloya malik olub. 2011-ci ildə bu göstərici 42% -dən çox olmuşdur.

Əlavə olaraq demək olar ki, Beynəlxalq Həyat Elmlərinin İnstitutunun (ILSI) abreviaturasında, terror təşkilatlardan biri olan İŞİD ilə (ISIL) eyni həriflərdən istifadə olunmuşdu.

ABŞ şirkətlərinin ərzaq siyasətinə təsiri problemi (xüsusilə fast-food şəklində “diyetik” məhsulların istifadəsinin təbliğatı formasında), yalnız Çin qarşısında  deyil, bir çox inkişaf etməkdə olan ölkələrin də qarşısında dayanır.