25 C
Baku
Saturday, April 20, 2024

Tədqiqat: Piyada çox gəzən uşaqlar gələcəkdə daha uğurlu olurlar

Hər yerə piyada getmək mümkün olduğu bölgələrdə yaşayan uşaqlar, qonşuları ilə daha çox ünsiyyət qururlar, daha aktiv və xoşbəxtdirlər.

Banker.az xəbər verir ki, Amerikan alimlərin hesabatına görə, piyada çox gəzən uşaqlar həmyaşıdları ilə müqayisədə gələcəkdə daha uğurlu olurlar (11%).

Piyada gəzinti valideynlərin qənaət etməsinə, uşaqların isə öz koqnitiv bacarıqlarını inkişaf elətdirməyə imkan verir. Eyni zamanda hər yerə piyada gedə bildiyimiz bölgələrdə sosiallaşma daha yüksək səviyyədədir. Sakinlər bir-birləri ilə daha çox ünsiyyət qururlar və daha yaxşı tanıyırlar.

Qeyd edək ki, tədqiqatda 9 milyon uşaq iştirak etmişdir (1980-1982-ci il təvəllüdlü) və 380 lokasiya qeydə alınmışdır. Onlar sakinlərin əmlak bərabərsizliyi, irqi və sosial tərkibi, məktəblərin keyfiyyəti və rayonun gəzmə məsafəsi səviyyəsi ilə qiymətləndirilib.

Tədqiqatda qeyd edildiyi kimi, piyada gəzinti müvəffəqiyyətin açarı olmasa da, iqtisadi mobilliyi yaxşılaşdırmaq şanslarını çoxaldır. 

Psixoloqların fikrincə, uşaqların gələcəkdə uğurlu olmalarına neqativ təsir göstərə biləcək əsas amillərə aqressivlik, diqqətsizlik aid olunur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər