Təhsilə investisiya ikiqat artıb, istifadəyə verilən məktəb yerləri azalıb

Azərbaycanda 2025-ci ildə təhsil sahəsinə 500.5 milyon manat əsas kapital investisiyası yönəldilib.

Banker.az-ın məlumatına görə, 2024-cü ildə bu göstərici 249 milyon manat idi. Beləliklə, təhsil sahəsinə investisiyalar faktiki qiymətlərlə iki dəfədən çox artıb.

Eyni zamanda, il ərzində istifadəyə verilmiş ümumi təhsil müəssisələrində şagird yerlərinin sayı 12 552-dən 2 684-ə düşüb.

2025-ci ildə beş ümumi təhsil müəssisəsi istifadəyə verilib. Bir il əvvəl istifadəyə verilmiş məktəb binalarının sayı 16 idi.

İnvestisiya ilə obyektin istifadəyə verilməsi fərqli mərhələlər olduğundan, 2025-ci ildə çəkilən xərclərin bir hissəsinin tikintisi davam edən və sonrakı illərdə təhvil veriləcək layihələrə aid olması mümkündür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər