“Təhsil biznesdir”, ekspert deyir

0

Ölkədə vəziyyət o həddə çatıb ki, təhsil biznesə çevrilib. Bunu orta məktəbdən müşaiət etmək asandı. Məşğələyə gəlməyənlərə müəllim dərs keçmir. Şagirdləri məcbur edir ki, məşğələyə gəlin əks halda qiymətiniz aşağı olacaq. Özəl günlərdə həddiyyə verməlisiniz. Biz dövlətdən aldığımız maaşı elə direktora,yoxlamaya jurnallara, qəzetlərə veririk. Bəs bizim yaşayışımız necə olsun? Beləcə təhsil kolxoz bazarına, marketə, ticarət mərkəzinə çevrilir.

Ali təhsil və iş

Biznesin mənfi məqamı odur ki, hər kəs ali təhsil ala bilmir. Aşağı bal yığıb pulluya düşüb, təhsil haqqını ödəyə bilməyib təhsilini dayandıranlar, evdən qaçanlarda var. Sovet psixologiyası belə idi ki, təhsildə pullu ixtisas seçimi yox idi. İndi isə açıq biznesdir. 1500-6500 qədər pullu ixtisaslar var. Amma pullu keyfiyyətdi demək deyil. ABŞ-da çox sayda keyfiyyətli pullu təhsil var. Bizdə isə bu çox cuzidir. Yəni mən pullu oxuyuramsa bu o demək deyil ki, keyfiyyətli təhsil alacam. Rus verlişlərinin birində bir məqam qeyd edilirdi. Təhsil almaq üçün pul ödəyəndə çalışın elə bir yerə daxil olun ki, sizi həm keyfiyyətli dərs keçsinlər, həm də işlə təmin etdinlər. Təəssüf ki, ölkədə ali təhsil almaq sadəcə dəbdir. Yəni mənim övladım təhsilli olmalıdır. Savadsız olsa da. Çünki dəb və tələbat belədir. Əks halda qonşudan qalaram geri. Bu ideologiya ilə hərəkət edənlər sonda çox vaxt üzülürlər. Hesab edirlər ki, sonda rüşvət və tanışlıqla uşağımı vəzifəyə qoyacam və o savadlı və yüksək intelektli insanlara rəhbərlik edəcək. Onların sözlərində az da olsa həqiqət var. Azərbaycanın tanınmış ziyalısı Qulu Xəlilov demişkən, yanınızda oturan zəif tələbələrə köməklik edin, çünki gələcəkdə siz onların əlinin altında işləyəcəksiniz. Üzülənlərin günahı isə özlərindədir. Belə insanlar tanışlıq tapmayanda, fırıldaqçılara rast gəlirlər. Sonda əllərində rüşvətlə işə girmək istəyən pullarından da məhrum olurlar.

Çıxış yolu

Biznesin öz qanunları var. Keyfiyyətli mal heç vaxt piştaxtada qalmır. Yəni keyfiyyətli məhsula hər zaman tələbat var. Keyfiyyətli təhsil alana hər zaman tələbat var. Sadəcə bu keyfiyyəti tələb olunan yerə düzgün yönəltmək lazımdı. Təəssüf ki, bizdə bu keyfiyyəti burada bərpa etmək əvəzinə, xaricdə bunu axtarırlar. Buna əsasən də, beyin axını xaricə gedir. Bizim bəzi dövlət qurumları məsləhət xarakterli işlər üçün xarici şirkətlərə vəsait ödəyib, onların məsləhətlərinə ehtiyac duyurlar. O şirkətlərə ki, orada bizim ölkədən gedən beyin axınları işləyir.

İqtisadçı-ekspert Rauf Qarayev