22 C
Baku
Saturday, June 25, 2022

Təhsil haqları ləğv edilə bilərmi? – Nazirlikdən açıqlama

“Təhsil haqının ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir. Əgər elə olsa, biz rəqabət prinsipindən uzaqlaşmıq olarıq”.

Banker.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

“Azərbaycanda ali təhsil müəssisələrində orta təhsil haqqı təxminən 2500 manatdır. Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər. Təhsil haqqı ilə bağlı məsələyə fərdi qaydada baxmaq daha uyğundur. Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsini planlaşdırırıq. Bununla bağlı dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub”.

Həmçinin nazir bildirib ki, Azərbaycan Universitetlərində 182 min tələbə təhsil alır. Onlardan 167 min bakalavr, 15 min magistr təhsili alır.

Hal-hazırda isə 93 min tələbə pul ödəmir. Bu da 55% edir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər