34 C
Baku
Wednesday, August 17, 2022

Təhsil haqqını keçi və qoyunlarla ödəməyə icazə verildi

Banker.az saytının BBC News-ə istinadən verdiyi xəbərə görə, Zimbabve məktəblərinə təhsil haqqını mal-qara ilə qəbul etməyə icazə verilib. Ölkənin təhsil naziri Lazarus Dokora bildirib ki, bu tədbir aztəminatlı ailələrə kömək etməlidir.

Onun sözlərinə görə, təhsil haqqını keçi və qoyunlarla qəbul etməkdən əlavə, məktəb ödəniş qismində şagirdlərin valideynləri tərəfindən görülən xidmət və işləri də qəbul edə bilər.

Agentliyin verdiyi məlumata görə, xidmət edərək ödəniş etmək şəhər məktəblərində böyük populyarlıq qazanacaq. Mal-qara ilə ödənişə isə əsasən kənd əhalisi üstünlük verəcək.

Bundan bir qədər əvvəl isə zimbabvelilərə bank kreditlərini mal-qara ilə ödəməyə icazə vermişdilər.

Qeyd edək ki, Zimbabve hazırda ciddi maliyyə böhranı yaşayır.

Son xəbərlər
Oxşar xəbərlər