Təhsil haqqını ödəmək üçün ən sərfəli kreditlər – REYTİNQ

Bilik gününün yaxınlaşması ilə əlaqədar olaraq təhsil haqqıların ödəməsi problemi ilə üzləşənlərin sayı artmaqdadır. Bəzi banklar əhalinin bu ehtiyacını nəzərə alaraq, xüsusi kredit məhsulları işləyib hazırlayıblar. Bu məhsulun adi nağd kreditlərdən fərqi aşağıdakılardan ibarətdir:

  • Adətən bu kreditlərin illik faiz dərəcəsi nağd kreditlərə nisbətən aşağı olur
  • Bu kreditlər müştəriyə nəğd formada təqdim edilmir, universitetin xüsusi hesabına köçürülür
  • Təhsil haqqını ödəmək üçün kredit ayrılan zaman, o nağd kreditlərə nisbətən daha sərt qaydalar çərçivəsində olur (halbuki risk baxımdan bu təsinə olmalıdır). Səbəb isə bu məhsulun çox satılmaması ilə bağlıdırki, onun kreditləşmə prosesi tamda optimallaşdırılmayıb.

Qeyd edək ki, bu tip kreditlərdə 10 min manata qədərki məbləği zaminlə götürmək bütün banklarda realdır. Bundan yuxari məbləğlər isə daha çox daşınar və ya daşınmaz əmlakın girovu ilə təqdim edilir.

BankFaizMəbləğ (maksimum)Müddət (maksimum)KomissiyaTəminat
XalqBank15%                   100,00048 ay0.1% (minimum 10 manat)Fiziki şəxs zaminliyi, avtomobil və daşınmaz əmlakın girovu
Bank Respublika16% başlayaraq                     10,00012 ay1% (minimum 10 manat)Kreditin məbləği 3000 AZN-dən çox olduqda zamin tələb edilir
VTB Bank19% başlayaraq                     10,00060 ayməlumat yoxdurməlumat yoxdur
TuranBank20%                     30,00036 ay1%zaminsiz 5000 AZN


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları