Təhsil krediti tədris ili üzrə veriləcək

“Təhsil krediti tədris ili üzrə veriləcək”.

Bunu təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib: “Tələbənin təhsil aldığı 4 ildə ailənin sosial vəziyyəti də dəyişilə bilər. Ona görə kreditlər hər tədris ili üzrə veriləcək. Fondun Nizamnamə kapitalı 80 milyon manatdır, amma əlavə də ola bilər. Tələbənin təhsil haqqı tam və ya qismən ödənilə bilər. Azərbaycanda təhsil haqqı 900 manatdan 7000 manata qədərdir. Ola bilsin peşə məktəblərində daha da az olsun”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.