9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Təhsil kreditləri məsələsi nəhayət, həll olunmalıdır” – Deputat

“Bu gün təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən kütləvi kənarlaşdırmalar var”.

Bu fikirləri Milli Məclisin bu gün başlayan payız sessiyasının ilk iclasında çıxış edən millət vəkili Əli Məsimli səsləndirib.

Deputatın sözlərinə görə, Azərbaycan 2005-ci ildən “Bolonya” sisteminə keeçdiyi üçün təhsil kreditləri ilə bağlı məsələ artıq öz həllini tapmalıdır:

“Bu gün təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən kütləvi kənarlaşdırmalar var. O tələbələr universitetlərə daxil olsalar da, təhsillərini başa vura bilmirlər.

Belə halların qarşısını almaq üçün təhsil kreditləri ilə bağlı məsələ qısa müddətdə nəhayət, öz həllini tapmalıdır”.

Yeni Çağ

Son xəbərlər
Oxşar xəbərlər