10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb

Təhsil naziri Emin Əmrullayev Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə onlayn görüşüb.

Nazirlikdən “Banker.az”a verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təhsil naziri Ermənistanın təcavüzü nəticəsində 3 nəfər məktəblinin həlak olması, 15 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-dək məktəbə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb.

Səfir Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər