8 C
Baku
Bazar, Yanvar 23, 2022

Təhsil naziri müəllimlərinin sertifikasiyasının yubanmasının səbəbini açıqlayıb

“Müəllimlərin sertifikasiyadan keçirilməsi prosesinin yubanmasına əsas səbəb pandemiya şəraitidir”.

Bunu jurnalistlərə təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu imtahanlar davamlı və uzunmüddətli olur: “Ona görə də imtahanlar arasında hər hansı fasilənin olmasını istəmirik. Bu səbəbdən yoluxma sayı aşağı düşəndən və daha dayanıqlı vəziyyətə çıxdıqdan sonra müəllimlərin sertifikasiyaya cəlb olunması prosesinə başlanılacaq. Sertifikasiyanın hansı ardıcıllıqda və hansı alqoritmlə aparılması ilə bağlı müəyyən müzakirələr var. Bildiyiniz kimi, sertifikasiyanın ilk ilində hətta aşağı nəticə toplayan müəllimlər belə işlərindən uzaqlaşdırılmır, onlara növbəti ildə də şans verilir. Ona görə də pandemiyanın bir qədər də səngidiyi dövrdə bunun mövcud qanunvericiliyə uyğun olaraq keçirilməsi planlaşdırılır. İnanıram ki, bu, gələn ilə təsadüf edəcək”.

Son xəbərlər
Oxşar xəbərlər