10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Təhsil nazirinə yeni müşavir təyin olunub

Kənan Kərimzadə Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, K.Kərimzadə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi(fərqlənmə) əldə edib. O, 2017-2019-cu illərdə ABŞ-ın nüfuzlu CFA İnstitutunda investisiyaların idarəedilməsi sahəsində təhsil alıb və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasına sahibdir.

2013-2016-cı illərdə “Capital Motors” MMC-də Maliyyə analizi üzrə mütəxəssis, 2016-2018-ci illərdə “PMD Group” MMC-də İnvestisiyalar üzrə baş mütəxəssis, rəhbər və departament menecerinin müavini, 2019-cu ildən isə “P.M.D” MMC-də Strateji planlaşdırma və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb

c586d699 5a4f 3828 97a9 d07332be4b71 321

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər