28 C
Baku
Saturday, July 27, 2024

Təhsil Nazirliyi Azərbaycanda xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması üçün təkliflər hazırlayacaq

Təhsil Nazirliyi Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısını və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği ilə bağlı təkliflərini hazırlayacaq.

Bu, Baş Nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Təhsil Nazirliyi Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla iki ay müddətində təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Nazirlik eyni zamanda “Təhsil haqqında” qanuna uyğun olaraq, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısını və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği ilə bağlı təkliflərini iki ay müddətindəNazirlər Kabinetinə təqdim edəcək.

Son xəbərlər
Digər xəbərlər