Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olunub

Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Həsənli Həsənli təyinat alıb.

Qeyd edək ki, H.Həsənli daha əvvəl Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov olub. O, bu ilin aprel ayında müvafiq sərəncamla təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.