4 C
Baku
Tuesday, March 5, 2024

Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı açıqlama

Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirlikdən qeyd olunub ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.

“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər