24 C
Baku
Çərşənbə, May 18, 2022

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əmtəə nişanı təsdiqlənib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının müvafiq protokoluna əsasən “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsi əmtəə nişanı təsdiqlənib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İnformasiya şöbəsinin müdiri Aytən Quliyeva  bildirib ki, “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsi adından və emblemindən qeyri-qanuni istifadə edilməsi hallarının qarşısının alınması, “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsinin müəllif hüquqlarının qorunması məqsədilə onun adının və embleminin patentləşdirilməsinə zərurət yaranmışdı.

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsi əmtəə nişanının sahibi olaraq eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir.

Son xəbərlər
Oxşar xəbərlər