9 C
Baku
Thursday, December 12, 2024

Təhsildə xidmət və həllər təşkil edən şirkətin xalis mənfəəti ikiqat artıb – 2.75 mln. manat!

Təhsil və biznes sahəsində yeni və interaktiv xidmət və həllər təqdim edən Azərbaycan şirkəti “Edumedia-Azərbaycan” MMC 2023-cü ildə 2 milyon 751 min manat xalis mənfəət əldə etməklə 2022-ci ildən 144 faiz daha yaxşı nəticə göstərib. Halbuki şirkət 2022-ci ildə 1 mln. 125 min manat xalis mənfəət əldə etmişdi.

Banker.az bu barədə şirkətin illik audit hesabatına istinadən xəbər verir.

“Edumedia”nın əməliyyat gəlirləri illik müqayisədə 47 faiz artımla 9 mln. 689 min manat olub. Şirkətin maya dəyəri 6 mln. 667 min manat təşkil edib və bu da onun 3 mln. 22 min manat ümumi mənfəəti deməkdir.

Beləliklə, bu xalis mənfəətdən sonra şirkətin 1 yanvar 2024-cü il tarixinə 4 mln. 354 min manat bölüşdürülməmiş mənfəəti qalmaqdadır ki, bu da onun cəmi 60 manat nizamnamə kapitalı ilə birlikdə güclü kapital mövqeyini qoruyub saxlayır. Şirkətin səhmdarlarına 2021-ci ildə 1 mln. 465 min, 2022-ci ildə 332 min, 2023-cü ildə isə 1 mln. 281 min manat dividend ödənilib.

Şirkətin 1 yanvar 2024-cü il tarixinə 4 mln. 601 min manat aktivləri var. Aktivlərin böyük hissəsi qısamüddətlidir.

Xatırladaq ki, “Edumedia-Azərbaycan” MMC 2011-ci ildə təsis edilib.

Son xəbərlər
Digər xəbərlər