“Təkrar biliyin anasıdır” atalar sözü öz aktuallığını itirib. Niyə?

0

BANKER.AZ/ “Təkrar biliyin anasıdır” – kiçik yaşdan bu sözləri eşidirik. Lakin yeni araşdırma göstərir ki, heç də həmişə belə olmur. 

Jurnalist və müəllif Malcolm Gladwell, 2008-ci ildə “Dahilər və autsayderlər” kitabında 10 min saat qaydası haqqında yazmışdır. Qayda çox sadədir: bu və ya digər işin peşəkarı olmaq üçün 10 min saat vaxt tələb olunur. Bu nə deməkdir? Məsələn, siz skripkada çalmağı öyrənmək və sonradan bu işdə peşəkar olmaq istəyirsiniz. Buna nail olmaq üçün siz ümumilikdə skripkada 10 min saat çalmalısınız. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Gladwell yazır ki, peşəkarlığın açarı təcrübədədir, “on min saat” isə sadəcə sehrli rəqəmdir. Onun kitabında Bill Gates, “The Beatles” qrupunun musiqiçiləri və dünya üzrə tanınmış digər insanların uğur hekayələrindən danışılır.  

Öz fikrini sübut etmək üçün Malcolm Gladwell 1993-cü il tədqiqatına istinad edir. Tədqiqatın nəticələrinə görə, təcrübənin çox olması bu və ya digər bacarığı daha da təkminləşdirir. 

Əlbəttə ki, bu məlumat yeni deyildir və son tədqiqatları nəzərimizdən keçirsək əskini öyrənmiş olacağıq. 

Royal Society: Open Science-da dərc olunmuş yeni araşdırmaya görə, peşəkar olmaq üçün bir şeyi təkrar-təkrar etmək kifayət eləmir. Case Western Reserve University universitetinin psixoloqu Brook McNamara və tədqiqatçı Megha Mitra, 13 skripkaçıdan ibarət olan üç qrup (peşəkar olan, bir az təcrübəsi olan və yaxşı musiqiçi) arasında araşdırma aparıblar. Onlardan hər gün məşqə sərf olunan vaxtı qeyd etmək tələb olunurdu. Təcrübəli skripkaçılar 20 yaşa kimi 6 min saat, yaxşı və peşəkar skripkaçılar isə 11 min saat məşq ediblər. 

Yəni, yaxşı skripkaçı və işinin peşəkarı arasında fərq böyük deyildi. Bu o deməkdir ki, tək təcrübə bəs etmir. 

“Mən düşünürəm ki, insanlar bu cür düşünməyi sevirlər sadəcə. Onlara görə, çox çalışan hər bir kəs gələcəkdə ekspert ola bilər. – deyə McNamara qeyd edir. – Bu, “amerikan xəyalıdır”. Əlbəttə ki, təcrübə vacibdir, o sizi daha da güclü edəcəkdir. Lakin bu o demək deyil ki, təcrübəsi sizinlə müqayisədə daha az olan biri sizdən yaxşı ola bilməz”. 

McNamara hesab edir ki, peşəkar olmaq sadəcə təcrübəli olmaq demək deyil. “Hətta dahi insanlar belə mükəmməl deyillər və onların uğuru çox güman ki, bir çox faktordan asılıdır. Genetik faktorlar, ətraf mühit faktoru və onların bir-biri ilə qarşılıqlı əlaqəsi, bizi formalaşdırır və biz nail olduğumuz şeyə çatmaq imkanını əldə etmiş oluruq. 

Löven Katolik Universitetinin psixoloqu Ralf Krampe qeyd edir ki, təcrübə ilə bağlı yeni məlumatlar, köhnələri təkzib etmir.

“Mən elə hesab edirəm ki, təcrübə yenə də ən vacib amillərdən biridir”, – deyə mütəxəssis əlavə edir.