13 C
Baku
Friday, May 24, 2024

Təkrarolunmaz Pablo Eskobar!

O yoxsul Kolumbiya ailəsində dünyaya gəlməsinə baxmayaraq, illər sonra dünyanın ən varlı və nüfuzlu insanlarından birinə çevrilir. Təəssüflər olsun ki, Pablo Eskobar tarixə siyasi və yaxud ictimai xadim kimi deyil, məşhur narkobaron olaraq daxil olur.

Kokain kralı öz qanunsuz fəaliyyətini gizlətmirdi və bu biznes ona əhəmiyyətli dərəcədə çox gəlir qazandırmışdı. Dünya kokain bazarının 80%-ni idarə edən narkobaron bir həftəyə təqribən 420 milyon dollar qazanırdı. El-Patrono bütün dövrlərin ən varlı narkobaronu hesab edilir. Onun ətrafında dövrə vuran milyard dollarların həcmini təsəvvür etmək asan deyil!

Aşağıda, dünyaca məşhur narkobaron haqqında bir neçə maraqlı faktı təqdim edirik:

  • Pablo Eskobar cəmi 1 il ərzində demək olar ki, 22 milyard dollar qazanır.
  • hər il qaçaqmalçılıq yolu ilə ABŞ-a təqribən 15 ton kokain gətirirdi.
  • Eskobar hər il 2 milyard dollar pul itirirdi. Şahidlərin sözlərinə görə, hər il onun ümumi sərvətindən 10% azalırdı. Belə ki, bu pullar ya anbarlarda nəmişlikdən xarab olur, ya siçovullar tərəfindən yeyilir və ya sadəcə itirilirdi.
  • Eskobar 1987-ci ildən 1993-cü ilə qədər, 7 il ərzində Forbes jurnalının beynəlxalq milyarderlər siyahısında yer almışdı. 1989-cu ildə isə 7-ci pilləyə qədər gəlib çıxmışdı.
  • Pablo hər il banknotları bağlamaq üçün nəzərdə tutulmuş rezinlərə 2,5 min dollar xərcləyirdi.
  • Bir dəfə, onun qızı Manuela soyuqdan donarkən Eskobar 2 milyon dolları yandıraraq qızını isitməyə çalışmışdı.
  • 1991-ci ildə Pablo Eskobar layihəsi özü tərəfindən yaradılan və həbsxanadan daha çox bahalı, prestijli klubu xatırladan La Catedral adlı həbsxanaya salınır. Burada rəqs meydanı, hovuz, cakuzi, sauna, futbol meydançası və s. var idi. Onun dostları və qohumları istədikləri vaxt onu ziyarət edə bilərdilər. Üstəlik ziyarət vaxtını o özü təyin edirdi. Kolumbiya hökumətinə isə 5 kilometrdən yaxın həbsxanaya yaxınlaşmaq qadağan idi.
Son xəbərlər
 ⁠
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.