25 C
Baku
Saturday, July 27, 2024

Tələbə kreditləri niyə ləğv edildi?

Ödənişli fakültələrə düşən tələbələrin problem yaşamaması üçün bir müddət əvvəl tələbə krediti təşəbbüsü ortaya atıldı. Amma tədris ili başlamamış bu istiqamətdə “qara xəbərlər” gəlməyə başladı. Məlum oldu ki, ölkə ərazisindəki bütün banklar bu istiqmətdəki kreditləşməni dayandırıblar.
Əvvəlki illərdə aztəminatlı ailələrin övladlarının təhsilini davam etdirməsi üçünÿbanklardakı istehlak və ya tələbə kreditlərindən istifadə edirdilər. Son günlərdə bankların kreditləşməni dayandırması onların vəziyyətini çətinləşdirib. Bu istiqamətdə böhranın yaşandığını 7200 ödənişli yerin boş qalması da sübut edir.

Azərbaycanda təhsil kreditlərinin təhsilin bütün pillələri üzrə tətbiqini qanuniləşdirmək üçün “Təhsil haqqında” qanuna dəyişiklik və əlavələr edilməsinə, ya da xüsusi olaraq “Təhsil kreditləri haqqında” qanunun hazırlanıb tətbiq olunmasına ciddi ehtiyac var.

Iqtisadçı Samir Əliyev bildirdi ki, tələbə kreditlərini əksər bankların dayandırması təsadüfi deyil. S.Əliyevin sözlərinə görə, bu banklardakı maliyyə durumunun davamıdır: “Banklar kredit verməkdə maraqlı deyillər. Çünki manat qıtlığı var və manatın ucuzlaşması bankları manatla kredit verməkdə maraqlı etmir. Hazırda ipoteka kreditləşməsində də oxşar vəziyyət yaranıb. Yüksək faizli kreditlərin fonunda belə bir təşəbbüsün olması yaxşı hal idi. Amma ötən müddət ərzində proses mürəkkəbləşib və daha da qəlizləşməkdə davam edir. Göründüyü kimi, artıq dövlət dəstəyinə ehtiyac var. Dövlətin də bu sahədə ehtiyacları çoxdur. Müxtəlif sahələrə vəsait tələb olunur. Ona görə də bu sahə müəyyən dərəcədə arxa plana keçib. Amma bu sahədə unudulmamalıdır”.

Son xəbərlər
Digər xəbərlər