23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Tələbə kreditlərinin veriləcəyi vaxt açıqlandı

Screen Shot 2021 09 02 at 14.34.20

Tələbələr bu tədris ilindən etibarən Təhsil Tələbə Kredit Fondundan kredit ala biləcəklər.

Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Fond artıq maliyyələşməyə hazırdır. Tələbələr bu tədris ilindən müraciət edərək fondun təqdim etdiyi kreditlərdən faydalana bilərlər.

Qeyd edək ki, Təhsil Tələbə Kredit Fondu krediti təhsil haqqının ödənilməsi üçün verir. Kredit iki meyar üzrə verilir. İlk növbədə, sosial həssas ailələrdən olan tələbələrin maddi və sosial vəziyyəti əsas götürüləcək. Öz hesabına təhsil alan tələbələrə kreditlər verilən zaman isə tələbələrin akademik göstəriciləri nəzərə alınacaq.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Modern
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər