31 C
Baku
Thursday, July 18, 2024

Tələbə yataqxanalarının qiymətləri açıqlandı

Yeni tədris ilinin başlanmasına çox az bir müddət qalması universitet tələbələrinin ev məsələsini yenidən gündəmə gətirib.

İxtisas seçimin nəticələri açqlanan kimi tələbələr paytaxtda münasib qiymətə ev axtarışına çıxıb.

“Bəs yataqxanaların qiyməti tələbələrə uyğundurmu?”

Yataqxanaların qiymətləri şəraitinə görə, bir-birlərindən fərqlənir. Məsələn, Bakı Dövlət Universitetinin 5 mərtəbəli, 220 yerlik “Tələbə evi”ndə 1 nəfərin aylıq ödədiyi qiymət 75 manatdır. Azərbaycan Memarlıq və İnsaat Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti isə 60 manatdır.

Azərbaycan Tibb Universitetinin isə 4 yataqxanası mövcuddur. Yataqxanalar oglan-qız və xarici tələbələr üçün ayrı-ayrılıqda bölünüb. Ümumi tutumu 968 nəfər olan yataqxananın aylıq ödənişi 50-80 manat arasında dəyişir.

Özəl ali məktəblərin yataqxanaları qiymətləri ilə də maraqlandıq. Bakı Avrasiya Universitetinin yeni inşa edilmiş yataqxanasının aylıq ödənişi isə 120-150-170 manat arasında dəyişir.

Yataqxanalarda şəhid və qazi övladlarına, valideynlərini itirmiş və sosial həssas qrupa aid səxslərə xüsusi güzəştlər edilir.

 

Son xəbərlər
Digər xəbərlər