17 C
Baku
Thursday, May 23, 2024

Tələbələrə hədiyyəli Albalı kart

Unibank ALBALI kartı alan tələbələrə 28 Cinema-dan hədiyyə kampaniyasının müddətini uzatdı. İndi gələn il yanvarın 15-dək ALBALI kartı alan tələbələrə 28 Cinema-ya bilet hədiyyə edilir. Belə ki, bu tarixədək 28 Cinema-dan gunorta seansına alınan, qiyməti 8 AZN-dək olan biletin dəyəri tələbənin ALBALI kartına qaytarılır.Qeyd edək ki, tələbələr üçün ALBALI kart almaq daha da asanlaşıb. Artıq hər bir tələbə yalnız tələbə biletini təqdim etməklə, Unibank-dan 500 AZN –lik ALBALI kartı ala bilir.

Hər gün minlərlə vətəndaş, ölkənin 900-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində ALBALI kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər