26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Tələbələrə verilən təhsil kreditinin məbləği açıqlanıb

Təhsil tələbə kreditlərinin ödənişi üçün xərclənən vəsait açıqlanıb.

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.

O bildirib ki, bunun üçün, təxminən, 2 milyon 200 min manat sərf olunub.

A.Paşayev kredit alan tələbənin dünyasını dəyişdiyi və ya əmək qabiliyyətini itirdiyi halda kreditin qaytarılması ilə bağlı mexanizmin necə tənzimləndiyinə də aydınlıq gətirib. Sədr söyləyib ki, bu zaman sığorta işə düşür və məbləğ fonda qaytarılır.

O bildirib ki, bu kreditdə heç bir zaminsiz girov tələbi yoxdur: “Tələbənin valideynlərinə və 3-cü şəxslərə yük düşmür”.

Son xəbərlər
Oxşar xəbərlər