10 C
Baku
Şənbə, Noyabr 27, 2021

“Təmiz Şəhər” Şuşada emal müəssisəsi yarada bilər

İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC Şuşada tullantıların emalı üçün müəssisə yaradılması imkanlarını nəzərdən keçirə bilər.

Bunu açıqlamasında şirkətin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.

“Hazırda Şuşada toplanılan tullantılar müvəqqəti olaraq Daşaltı kəndinin yaxınlığına aparılır. Amma orada poliqon tikmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əraziyə baxmalıyıq. Şuşanın ətrafı meşəlikdir. Poliqo üçün isə düzənlik sahə tapmaq lazımdır. Müəyyən yer ayırılsa, işimizi qurarıq. Alternativ olaraq əraziyə özümüz də baxırıq. Orada hər hansı emal müəssisənin yaradılmasını nəzərdən keçirə bilərik. Bu variantlar üzərində də işləyirik ki, gələcəkdə orada poliqon yox, emal müəssisəsi yaradaq, tullantıları emal edək”, – o bildirib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X