12 C
Baku
Friday, March 29, 2024

Təmkinli olmağın faydası

Çar Salamonun çox sevimli bir üzüyü var idi, üzüyün içəri tərəfində belə bir yazı həkk olunmuşdu: “Hər şey keçəcək”. Salamon özünü pis hiss edəndə, çətin məqamlara düşəndə üzüyü barmağından çıxarır, bu yazını oxuyur və təskinlik tapır, sakitləşirdi.

Bir dəfə çar Salamon ilə bədbəxtlik üz verir. O üzüyü barmağından çıxarır, yazını oxuyur, amma bu dəfə yazı onu sakitləşdirmir, əksinə o daha da qəzəblənir. Hirsli anında Salamon üzüyü yerə atır.

Elə bu zaman üzüyün qaşı qopur. Salamon öz sevimli üzüyünü sındırdığına görə peşman olur, üzüyü qaldırır və görür ki, qaşın düşdüyü hissədə başqa bir yazı da var imiş: “Bu da keçəcək”.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.