“Təqaüdə çıxmaq planımda yoxdur” – Ceff Bezos “Amazon”dan ayrıldıqdan sonra nə edəcək?

Ceff Bezosun Amazon-un baş direktoru vəzifəsindən ayrılması, onun Amerikanın həyatında əsas personajlardan biri olmasına son qoyulması demək deyil. Bir çox digər korporativ liderlərdən fərqli olaraq, Bezosun ictimai statusu Amazon-un statusundan qat-qat üstündür. O, CEO olmadan belə siyasət, xeyriyyə və media sahəsində böyük təsirə malik olan dünyanın ən tanınmış şəxslərdən biri kimi qalacaq.

Bezosun populyarlığı Apple-ın qurucusu Stiv Cobsun ölümqabağı qazandığı şöhrətlə müqayisə edilə bilər. Lakin buna baxmayaraq, Bezos göründüyü qədər mübahisəli personaj deyil. Bəli, o həm sağdan, həm soldan tənqid olunur, lakin ümumilikdə Facebook-un yaradıcısı Mark Çukerberq ilə müqayisədə daha müsbət qiymət alır. Bəlkə də bu qismən Amazon-un məşhurlaşması ilə əlaqədardır. Qeyd edək ki, Bezos adi CEO ilə müqayisədə daha bir fərqləndirici cəhətə malikdir: onun təsirini genişləndirmək və mirasına parıltı əlavə etmək üçün 200 milyard dollarlıq sərvəti var.

Əlbəttə ki, bu pul ikitərəfli taxta parçası kimidir: hal-hazırda Bezos Amazon-un ən böyük səhmdarıdır və şirkət inkişaf etməyə davam etsə, o daha da zənginləşəcək. Belə olduqda, texnologiya nəhənginin kralı olan Bezos üçün diqqətdən yaxa qurtarmaq heç də asan iş deyil.

Lakin yaxın bir neçə onillikdə Bezosla əlaqəli başlıqların daha “mülayim” olması ehtimalı var. Nə də olsa, onun deyil, varisi Endi Jassinin Amazon-un çox gücə sahib olub-olmadığını araşdırmağa çalışan Konqres qarşısında cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, Amerika texnologiya şirkətləri liderlərinin vəzifələrindən ayrıldıqdan sonra özlərini ictimai həyatda yenidən kəşf etdikləri bir çox nümunə var. Məsələn, uzun müddət ərzində Google-a rəhbərlik edən, daha sonra CEO-luğu tərk edən Erik Şmidt şirkətin lobbi fəaliyyəti ilə məşğul olmağa başladı. Bill Qeyts Microsoft-un idarəçiliyindən 2000-ci ildə çıxdı və Bill & Melinda Gates xeyriyyə fonunun sədri oldu. Bu gün – koronavirusun geniş vüsət aldığı bir dövrdə – Amerikanın xalq sağlamlığı mövzusunda ən çox onun səsini eşidirik.

Beləliklə, multimilyarder Qeyts – 21- ci əsrin qurucusu və xeyriyyəçisi üçün ideal nümunədir. Qeyts soyuqqanlı qatil təki populyarlaşdı, onun son illərdə gördüyü xeyriyyə işləri isə insanların mərhəmətini qazandırmağa kömək etdi. O hətta 2016-cı ildə Prezident Azadlıq Medalı ilə təltif olundu.

Bezos da bənzər ssenari üzrə getməyə davam edir – investisiya portfeli daha az konsentrasiyalı olmağına və özündə çoxlu kommersiya təşkilatını birləşdirməyinə baxmayaraq.

“CEO olaraq Amazon-un ən vacib təşəbbüslərində iştirak etməyə davam edəcəyəm, lakin Day 1 FundBezos Earth Fund, o cümlədən Blue Origin layihələrinə daha çox vaxt sərf edə biləcəyəm. Mən heç vaxt bu qədər enerjiyə sahib olmamışam və bu səbəbdən təqaüdə çıxmağı düşünmürəm. Sadalanan təşkilatların göstərə biləcəyi təsir məni çox həvəsləndirir”, – deyə milyarder söyləyib.

Qeyts kimi Bezos da CEO olaraq xeyriyyəçilik üçün çox az iş gördü. Təxminən 2017-ci ilə qədər Bezosun xeyriyyəçilik fəaliyyətləri demək olar ki, əhəmiyyətsiz idi. Bu, onun haqqında mənfi təsəvvürlərin formalaşması ilə nəticələndi. Həmin dövrdən bəri milyarder iki xeyriyyə təşkilatını qurdu: 1 Day Fund (evsizlərə kömək üçün ildə təxminən 100 milyon dollar bağışlayır, eyni zamanda Montessori uşaq bağçasını maliyyələşdirir) və Bezos Earth Fund (dünyanın ən böyük xeyriyyə fondlarından biri).

Gəlin, Bezosun mülki və kommersiya fəaliyyətinə nəzər yetirək. İyirmi il əvvəl sahibkar kosmik səyahətləri kommersiyalaşdırmaq məqsədi ilə Blue Origin şirkətini qurdu. İndi o, “ən vacib” adlandırdığı bu işə ildə təxminən 1 milyard dollar xərcləyir.

“Bu böyük maliyyə mənbəyindən istifadə etməyin yeganə yolu Amazon-dan əldə etdiyim qazancı kosmik səyahətə konvertasiya etməkdir”, – deyə Bezos 2018-ci ildə müsahibələrin  birində söylədi.

Bütün bunlardan əlavə, Bezosun 2013-cü ildə 250 milyon dollara aldığı Washington Post da var. Ekspertlər bu müqavilənin milyarderin nüfuzunu gücləndirdiyini hesab edirlər – o, biznesin yenidən qurulmasını təşkil etdi və yüzlərlə yeni jurnalist işə götürdü. Eyni zamanda, qəzetin sayəsində Bezos Trampın hücumlarına və 2019-cu ildə Makkenzi Skottdan boşanması ilə bağlı şantaj cəhdlərinə qarşı daha az həssas idi.

“Mənim The Post-dakı rəhbərliyim və onun dəyişməz missiyasını qoruyub saxlamağım – 90 yaşım olanda bütün çətinliklərə baxmayaraq ən çox fəxr edəcəyim şeydir. Əlbəttə ki, əgər bu qədər yaşamaq qismət olsa”, – deyə Bezos yazır.

Lakin Ceff Bezosun hekayəsi artıq dramatik şəkildə dəyişmək üzrədir. Milyarderin qərarları bütün planet üçün və bəlkə də digər planetlər üçün ciddi nəticələrə səbəb olacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.