13 C
Baku
Tuesday, October 22, 2024

Təqaüd haqqında ən maraqlı faktlar

  • İlk olaraq təqaüd barədə məlumatlara XV əsrin ikinci yarısında XI Lüdovikin hakimiyyəti dövründə rast gəlinib. İşçilərə ilk dəfə rəsmi təqaüd verilməsini isə Otto fon Bismark təyin etmişdir. Bu isə 1889-cu ildə baş vermişdi.
  • Bundan 20 il keçdikdən sonra isə Böyük Britaniya və Avstraliya da işçilərə təqaüd verilməsinə başlamışdılar. ABŞ isə dövlət pensiya sisteminə XX əsrin 30-cu illərində keçmişdir.
  • Hazırda dünya ölkələrinin əksəriyyətində təqaüdə çıxma yaşı 65 yaş təşkil edir. Avropa və ABŞ-da təqaüd yaşını kişilər və qadınlar üçün ümumi olaraq 70 ilə qədər qaldırmağı düşünürlər.
  • Yaponiyada isə hazırda təqaüdə çıxma yaşı artıq 70-dir. 1998-ci ildə inkişaf etmiş ölkələrdə təqaüdçülərin sayı uşaqların sayından çox idi. 2050-ci ildə bu vəziyyət bütün planetdə hakim olacaq.
  • Dünyada ən az təqaüdlərdən biri də Gürcüstandadır və cəmi 40 dollar təşkil edir. Ən çox təqaüdü isə danimarkalı təqaüdçülər əldə edir. Məhz bu ölkədə təqaüdçülər ayda 2800 dollar təqaüd əldə edir. Çin də isə təqaüd yalnızca hərbçilərə, polislərə və digər dövlət işçilərinə nəzərdə tutulub. Digərlərinə isə övladları baxmağa məcburdur.

 

 

Son xəbərlər
Digər xəbərlər