2 C
Baku
Monday, March 4, 2024

Tərəvəzçilik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 945:2023 (ГОСТ 20144-74) “Konservləşdirilmiş xiyar. Texniki şərtlər”, AZS TS 794:2023 “Pomidor (Solanum lycopersicum L). Texniki şərtlər”, AZS ГОСТ:25555.0:2023 “Meyvə və tərəvəzlərin emalı məhsulları. Titrlənən turşuluğun təyini üsulları” yeni dövlət standartları qəbul edilib.

AZSTAND-dan bildirilib ki, bu yeni dövlət standartları tərəvəzçilik sahəsində konservləşdirilmiş xiyar, pomidor, o cümlədən respublikada tərəvəz məhsullarının keyfiyyətinin yüksəldilməsinin (istehsal, idxal, ixrac və istehlak bazarına buraxılmasını) təmin edilməsi məqsədilə qəbul edilib. Yeni dövlət standartları “Tərəvəz toxum – əkin materialları, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 26) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər