Tərtərdə xurma yığımına başlanılıb, məhsul xarici bazarlara çıxarılır

Tərtər rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. İstehsal edilən məhsul yerli bazarlarla yanaşı Rusiya bazarlarına da göndərilir.

Tərtər rayonu ərazisində 2584,4 hektar meyvə və giləmeyvə bağları var. Onlardan 824,9 hektarı intensiv, 1759,5 hektarı isə ənənəvi bağlardır. Bağların 261,9 hektarı isə yeni salınıb. Yeni salınmış bağlardan 49 hektarı intensiv bağçılığa aiddir. Mövcud meyvə bağlarının 845,7 hektarı isə ixrac yönümlü xurma bağlarıdır.

Rayonda fəaliyyət göstərən iri bağçılıq müəssisələrindən biri “Tərtər 1” MMC-nin Seydimli kəndində salınmış xurma bağıdır. Bağdan qısa vaxtda 200 ton məhsul yığılaraq Rusiya bazarlarına ixrac olunub. Mövsüm başa çatana qədər isə 2500 ton məhsulun yığılması nəzərdə tutulub.

Müasir standartlara uyğun qurulan “Tərtər 1” MMC-nin ümumi əkin sahəsi 98 hektardır. Bu sahənin 75 hektarını xurma, 12 hektarını nektarin və 11 hektarını şaftalı təşkil edir. Bağların 49 hektarı isə yeni salınıb. Ümumilikdə, bağların salınmasına 3,8 milyon manat vəsait sərf edilib. Müəssisədə hazırda 14 nəfər daimi, 80 nəfər yerli sakin isə mövsümi işlə təmin olunub.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər