8 C
Baku
Saturday, December 3, 2022

Təslim olmamaq üçün 10 parlaq nümunə

Kefin yoxdur? Bəxtsiz olduğunu düşünürsən? Heç bir işin düz gətirmir? Təslim olma! Hər şeyi bacaracaqsan.

1. İlk dörd aylıq təlimdən sonra Tomas Edisonu məktəbdən qovublar, hətta müəllim ona deyib ki, o əqli-inkişaf cəhətdən geri qalıb.

2. Darvin tibb təhsilini yarıda qoyanda, atası ona ürək yanğısı ilə deyib: «Səni it və siçanların sevgisindən başqa heç nə maraqlandırmır!»

3. Uolt Disney ideyalarının kasad olduğu üçün işlədiyi qəzetdə işdən çoxalıb.

4. Bethovenin müəllim, onu tamamamı bacarıqsız şagird hesab edib.

5. Eyşteyn dörd yaşına qədər danışmağı bacarmayıb. Müəllimindən soruşarkən, o, uşağı əqli zəif insan kimi xarakterizə edib.

6. Məşhur heykəltəraş Rodenin atası belə deyirmiş: «Mənim oğlum axmaqdır. O, üç dəfə incəsənət universitetinə daxil ola bilməyib».

7. Dünyanın ən dahi bəstəkarlarından biri olan Motsarta bir dəfə imperator Ferdinand demişdir ki, onun «Fiqaronun toyu» əsərində «həddindən az səs-küy və həddindən çox not var».

8. Mendeleyev kimyadan üç alırmış.

9. Bu gün biz “Ford” avtomobilinə baxarkən onların yaradıcı Henri Ford haqqında, çox zəngin və uğurlu bir biznesmen kimi düşünürük. Biz onun artıq yüz ildir ki, yaşayan çox böyük imperiyasını görürük. Amma bizlərdən çox az adam bilir ki, Ford demək olar ki, yazıb-oxumağı bacarmayıb.

Maliyyə uğuruna nail olmaqdan öncə, Ford bir neçə dəfə tamamı ilə müflis olaraq, özünü bankrot elan edib.

10. Markoni radionu kəşf edib və öz ideyasını dostlar ilə paylaşanda və onlara bildirdi ki, o insanın nitqini hava vasitəsi ilə daha çox insana ötürə biləcək. Dostları onun dəli olduğunu düşünüb, Markonini psixiatrın yanına apardılar. Amma cəmi bir neçə ay sonra onun bu ixtirası çoxlu sayda dənizçinin həyatını xilas etdi.

Son xəbərlər
Digər xəbərlər
X