Təvazökar və səmimi olun: qüsursuz reputasiyaya sahib olmaq üçün 5 məsləhət

Applauding, canon 1Ds mark III

Böyük şirkətlərin sahibləri demək olar ki, həmişə diqqət mərkəzində olurlar. Onların reputasiyası nəticədə mənfəət və uğura çevrilir. Forbes Life müasir biznesdə “yaxşı reputasiyanın” əsas meyarlarını seçib bizə təqdim edir. 

İnternetin yayılması dünyanı dəyişdirdi: hər kəs bir-biri haqda hər şeyi bilir və istənilən xəbər ildırım sürəti ilə yayılır. Reputation Institute-un keçirdiyi tədqiqatların nəticələrinə görə, biznes şirkətlərin reputasiyasına və bazar kapitallaşmasına təsir göstərən amillərdən biri, top-menecmentin reputasiyasıdır (45% və 44%). 

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Bu gün (daha çox Qərbdə) lider dedikdə, insanların beynində hər hansısa şirkətin rəhbəri canlanır. Onlar məsuliyyətli olurlar, innovasiyalara və hər zaman xeyriyyəyə yatırım etməyə hazırdırlar. Bütün bunlar ictimaiyyətin diqqətini cəlb edir və beləliklə, müəyyən davranış çərçivəsi formalaşır. 

Qərb biznesmenlərinin riayət etdiyi əsas prinsiplər aşağıdakılardır:

Təvazökar olun

Xarici ölkələrdə lovğalıq mənfi qarşılanır və buna görə təvazökarlıq iş adamlarının həyatının hər bir sahəsinə nüfuz etməyə başlayıb. Həqiqətən də müvəffəqiyyətli insanlar öz dəbdəbəli həyatlarını göstərməyə meylli deyillər. Bu, onların reputasiyasına və nüfuzuna fayda gətirir, get-gedə şüurlu istehlak ideyası populyarlaşır. 

VKontakte sosial şəbəkəsinin yaradıcısı olan Pavel Durov pulun həddindən artıq dəyərləndirildiyini qeyd edərək, “pulun qulu olan insanlar həyatının sahibi ola bilməzlər” fikrini söyləyib. Xaricdə fəaliyyət göstərən şirkətlərin sahibləri şəxsi təyyarələrdən, sport-car maşınlardan imtina edərək, metrodan istifadə etməyə başlayırlar. 

Xeyriyyəni unutmayın

Sosial aktivlik biznesmenlərin və top-menecerlərin imicini təşkil edən mühüm komponentlərdən biridir. Dəbdəbəli əşyalardan imtina etmiş bir çox sahibkar, tədricən filantroplara (xeyriyyəçilərə) çevriliblər. Məsələn, 1997-ci ildə Steve Jobs sərvətinin bir hissəsini xeyriyyəyə bağışlayıb. Microsoft-un təsisçisi Bill Gates üçüncü dünya ölkələrinə böyük diqqət ayırır. Onun fondu innovasiyaların inkişafına və yoxsul ölkələrin dəstəyinə milyardlarla dollar ayırır. Xarici biznesmenlərin əksəriyyəti başa düşüb ki, ayda bir dollar maaş alsalar belə pul qazanacaqlar. 

Səhvlərinizi boynunuza alın

Xarici biznesmenlərdən və liderlərdən tez-tez belə bir ifadə eşidə bilərsiniz: “Təəssüf ki, belə oldu” və ya “Təəssüflər olsun ki, bu alınmadı”. İnsanlar səhv edirlər və bu normaldır. Çalışın səhvlərinizi boynunuza alasınız, günahınızı başqasının boynuna yıxmayasınız. Məsuliyyətli olun, etdiyiniz səhvlərdən dərs götürün. 

Məsələn, 2019-cu ilin iyununda Bill Gates deyib ki, Microsoft-un rəhbərliyi bacarıqlı olsaydı, bu günə qədər şirkət standart platformaya çevrilə bilərdi. O elə hesab edir ki, Microsoft öz əməliyyat sistemini yaratmalı idi. Gates-in qiymətləndirmələrinə görə, bunun nəticəsində şirkət 400 milyard dollar itirib. 

Almaniyanın ən zəngin ailələrindən biri belə öz səhvini başa düşərək, üzrxahlığını bildirib. JAB Holding (Krispy Kreme, Dr.Pepper, Calvin Klein, Chloe, Marc Jacobs və s.) sahibi olan Reimann ailəsi xeyriyyəyə 10 milyon avro bağışlayıb. Məlum olmuşdur ki, 1954-cü ildə dünyasını dəyişmiş Reimann ailəsinin öndəri vaxt ikən Hitler partiyasının sponsoru olub. 

Səmimi olun

Bu yaxınlarda investor Warren Buffett fast-food yeməkxanasında təcrübəçi kimi işlədiyi üzə çıxıb. Dünyanın ən zəngin insanlardan biri müştəriləri təbəssümlə qarşılayaraq, onlara yemək satırdı. Alibaba Group-un (Alibaba.com, Alibaba Pictures, AliExpress.com, Taobao.com, Tmall.com, Alipay və digərləri) sahibi Jack Ma isə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq iqtisadi forumda hər kəslə şəkil çəkdirirdi. Xarici sahibkarların səmimiyyəti insanları valeh edir. 

Və çox xahiş edirik, dərrakəli olun

Xarici şirkətlərin nümayəndələri şüur altı olaraq birinci düşünürlər, sonra danışırlar. Onlar ictimai qalmaqallardan qaçırlar və belə halların baş verməməsi üçün əllərindən gələni edirlər. 

Əlbəttə ki, qərb biznesmenlər belə PR menecerlərin, marketinq mütəxəssislərinin və reputasiyanı formalaşdırmağa kömək edən digər ekspertlərin xidmətlərindən istifadə edirlər. Buna baxmayaraq, onların konsepsiyaları, “event” ləri və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələri təkcə top-menecmentə yox, hədəf auditoriyaya da yönəldilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları