22 C
Baku
Saturday, July 13, 2024

Təxirə salınmış Naxçıvan aviareysləri üzrə daşınma bu gün başa çatacaq

Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış reyslərin sərnişinlərinin daşınması həyata keçirilir.

Banker.az “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, çərşənbə axşamı, dekabrın 20-də Bakıdan Naxçıvana və əks istiqamətdə ümumilikdə 8 reys həyata keçirilib. Dekabrın 17 və 18 tarixlərində vaxtı dəyişdirilmiş uçuşların sərnişinləri sözügedən reyslərlə daşınıblar.

Bu gün ərzində aviaşirkət həmçinin bu istiqamətdə 11 reys yerinə yetirəcək və dekabrın 18 və 19-na planlaşdırılan reyslərin sərnişinlərinin daşınmasını həyata keçirəcək.

Aviaşirkətin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün reysləri çərşənbə günü, dekabrın 21-də cədvələ uyğun yerinə yetiriləcək.

Beləliklə, hava şəraiti səbəbindən təxirə salınan bütün reyslərin sərnişinlərinin təyinat yerinə daşınması bu gün başa çatacaq.

Son xəbərlər
Digər xəbərlər