23 C
Baku
Monday, April 15, 2024

Təxirə salınmış Naxçıvan reyslərinin uçuş saatları məlum olub

“Azərbaycan Hava Yolları” QSC dekabrın 17-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 255/257 və 256/258 nömrəli reyslərinin sərnişinlərinə müraciət edib.

Banker.az xəbər verir ki, planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmaq xahiş olunur.

Bakıdan bütün uçuşlar saat 14:20, 15:00 və 17:10-da həyata keçiriləcək.

Naxçıvandan uçuşlar saat 16:40, 17:20 və 19:30-da yerinə yetiriləcək.

Son xəbərlər
Digər xəbərlər