21 C
Baku
Thursday, April 25, 2024

Təyinat. BOKT-un sahibi idarəçiliyi öz kadrına verir

“Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin direktoru (İdarə Heyətinin sədri) dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu günə qədər “BOKT İDK”nin təsisçisi və eləcə də direktoru olan Əliyar Əsgərov Əsgər oğlu vəzifəsindən istefa verib.

Onun yerinə, Cavid Vəlili Rasim oğlu təyin edilib.

C.Vəlili, 2012-ci ilin may ayından “BOKT İDK”də Kredit departamentinin rəhbəri kimi çalışırdı. Bundan öncə “Rabitəbank” ASC-də kredit inzibatçısı kimi çalışıb.

Xatırladaq ki, “BOKT İDK”nin 700 min manat nizamnamə kapitalı var, bunun da 100%– Əliyar Əsgərova məxsusdur.

1 yanvar 2020-ci il tarixinə BOKT-un aktivlərinin həcmi 1 milyon 905.23 min manat təşkil edib. Bunun da 1 milyon 119.34 min manatı kredit porfelidir. 2019-cu il ərzində 186.96 min manatlıq xalis mənfəət edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər