22 C
Baku
Thursday, August 11, 2022

Təyinat – “Rabitəbank”dan “AFB Bank”a transfer olub

“AFB Bank” ASC daha bir təcrübəli kadrı öz sıralarına qatıb.

Banker.az-ın hər iki banka yaxın mənbə təsdiq edib. Belə ki, Hafiz İbrahimov Filialların idarəedilməsi departamentinə direktor təyin edilib. O, artıq vəzifəsinin icrasına bu aydan başlayıb.

Hafiz İbrahimov buna qədər yenicə restaylinqdən çıxmış “Rabitəbank” ASC-də Keyfiyyətə nəzarət departamentinin direktoru vəzifəsində çalışırdı. O bu vəzifəyə isə həmin departamentin direktoru müavinindən direktorluğa iki ay idi ki yüksəlmişdi.

Bundan əlavə H.İbrahimov ləğv olunan “Bank Standard” QSC və İpoteka və Kredit Zəmanəti Fondunda çalışıb.

AFB Bank-da artıq bir neçə aylardır ki, səhmdarları dəyişəndən sonra İdarə Heyəti və bir neçə departamentində mühüm dəyişiklər baş verib.

Bank daha çox ölkədə fəaliyyət göstərən banklardan təcrübəli işçiləri öz sırasına qatır.

Son xəbərlər
Oxşar xəbərlər