Təyinat. Xaricdə təhsil alan daha bir gənc şəxsə Palatada (MBNP) vəzifə verildi

0

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Makroprudensial nəzarət və metodologiya departamentin strukturuna daxil olan idarəyə yeni rəis təyin olunub.

Banker.az saytının əldə etdiyi xəbərə görə, 2019-cu ilin aprelindən başlayaraq Ataxan Həsənov Prudensial hesabatlıq idarəsinə rəis təyin edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

A.Həsənov MBNP-nın 2016-cı ilin avqustunda analitik kimi qoşulmuş, sonra aparıcı və baş analitik vəzifələrinə qədər yüksəlmişdir. 

O, bir müddət həmçinin elə məhz MBNP-nın 2017-ci ildə lisenziyasını ləğv etdiyi “Dəmirbank” ASC-də də çalışmışdır.

Həsənov ali təhsilini Bakı Dövlət Universitetində bakalavr dərəcəsini bitirsə də magistr dərəcəsini Niderland Krallığında (Erasmus University Rotterdam) iqtisadiyyat və biznes üzrə bitirib.