23 C
Baku
Friday, May 24, 2024

Təyyarə qəzasında həlak olanlara sığorta pulu veriləcək

Təyyarə qəzasında həlak olanlara görə sığorta ödənişi veriləcək. Söhbət “Silk Way” şirkətindən icarəyə götürülən, mayın 18-də Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsindən gedir.

Təyyarə və ekipaj üzvləri “İpək Yolu Sığorta” şirkətində sığortalanıb.

Banker.az Avtosfer.az-ə istinadən xəbər verir ki, bu barədə şirkətdən fins.az-a verilən məlumata görə, həm qəzaya uğrayan təyyarəyə, həm də ekipaj üzvlərinə görə sığorta ödənişi veriləcək. Amma sığorta ödənişlərinin məbləği hələlik açıqlanmır.

Qeyd edək ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ötən gün qəzaya uğrayan təyyarədə 7 nəfərin həlak olduğunu, texniklər Qanja Andrey və Rəmzi Əliyevin sağ qaldığını açıqlayıb. Onların vəziyyəti stabil-qənaətbəxş olaraq qiymətləndirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər